Abbas Səhhət – Şair

Şair

Dəhrin fəna mübarizəgahi-həyatına,
Hökmi-qəza əlilə atılmışdı bir səbi.
Sığmazkən aləm, adəm onun kainatına,
Tiflanə mələbəydi hənuz ümdə mətləbi.
Şerin pərisi ziri-cənahi-ümidinə –
Lakin haman yetimi alıb, verdi tərbiyət.
Məktum olan xəzaini-həqqin kilidinə,
Ol tifli məhrəm etmək ilə qıldı mərhəmət,
Təqdim etdi sonra ona bir alovlu saz,
İlham qüvvəsilə oxutdurdu şairi.
Qəlbilə telləri sazının etdi ehtizaz,
Eşq atəşilə yandı üruqi-məşairi.
Sevdirdi bir ilaheyi-hüsnün cəmalını,
Olduqda tiri-qəmzə ilə sinəsi şikaf,
Şair də öz nətayici-hissü xəyalını –
Hərdəm yazıb da sevdiyinə eylər ittihaf.
Lahutə münətifdir onun qəlbi-didəsi,
Hər kəsdən artıcaq görüb eylər həm ehtisas,
Əlvahi-asimani ikən hər nəşidəsi,
Divanə zənn edir onu lakin avami-nas.

Hits: 1

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.