Abbas Səhhət – Rozəxan

Rozəxan

Get, axund, bir qara əbayə bürün,
Bir əlin millətin cibinə uzat.
Bir əlin kömləyin yaxasına at
Minbər üstündə xalqa böylə görün.
Bu təmaşaya el də aşiq olur:
“Gözə bir aləm eyləyir izhar”
Əhli-məclis ki, başların açalar,
Şırpa şırp sillə, yumruğu vuralar.
Yığılar çoxca dirhəmü dinar,
Arizuna demək müvafiq olar.

Aç axund, kömləyin yaxasın, aç,
Xalqı aldatmağa yalanları saç,
De ki: “Ey millət, ağlamaq dəmidir,
Ağla, yoxdur vəfası dünyanın,
Ağlamaq borcudur müsəlmanın.
Çünki bu ay, elin məhərrəmidir
Xəlqin olmaz da xərc parələri
Rozaxanə, axunda, tüllabə,
Pilova, qəndə, çaya, cüllabə,
Millət uyduqda bu şirin xabə
Əqlinin heç qalarmı bir əsəri?
Abad olsun görüm bu İranı,
Qoydu ağlar günə müsəlmanı!

1913

Hits: 0

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.