Abbas Səhhət – Qış

Qış

Bir az əvvəl sağa-sola uça-uça fırlanan,
Parça-parça qarlar indi yavaş-yavaş düşüyor.
Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman,
Küçələrdə it soyuqdan zingildəyir, üşüyor.
Hərdən külək qalxır, yerdən qarı qapıb sovurur,
Gəlib – gedən insanların üz-gözünü qovurur.

Dağı, daşı qar büsbütün ağ kəfənə bürümüş,
Pəncərənin şüşələri buz bağlayıb donmuşdur.
Dəyirmanın, bulaqların suyu donmuş, qurumuş,
Sərçə, dolaş yem axtarır, qar üstünə qonmuşdur.
Dövlətlilər isti evdə rahat yeyib yatırlar,
Un almağa ac, yanıqlar paltar-palaz satırlar.

Allahpayı diləyəni acıqlanıb söyürlər,
“Allah versin, get kəsb elə” deyib hər kəs rədd edir.
“Acam, donub ölməkdəyəm” desə, qovub döyürlər.
Bir deyən yox fəhləliyə bunlar getmir, kim gedir?
Bu yazıqlar deyilmidir fabriklərdə çalışan,
Lağımlarda külüng çalan, zəhmətlərə alışan?!

1912

Hits: 2

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.