Abbas Səhhət – Qarı Və Qulluqçuları

Qarı və qulluqçuları

Bir qarının bir xoruzu var idi,
Hər gün obaşdandan o banlar idi.
Sübh çox ertə oyanardı qarı,
Durğuzar idi hamı xidmətkarı.
İnciyib axırda o qulluqçular,
Ol xoruzu öldürübən atdılar,
Ta ki, kəsilsin səsi, asudəcə,
Bəlkə doyunca yatalar hər gecə.
Çünki qarı bildi bu keyfiyyəti,
Özgə sayaq oldu onun niyyəti.
Sonra gecə olmamış ikən yarı,
Onları bir-bir oyadardı qarı.

1907

Hits: 0

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.