Abbas Səhhət – Özlərini Sevənlərə

Özlərini sevənlərə

Tutalım çox ağıllı tacirsən,
İş aparmaqda xeyli mahirsən.
İqtidarın, malın, pulun çoxdur,
Xalqa ondan vəli, kömək yoxdur.
Sandığında var isə milyonlar,
Nəf görmür əgər müsəlmanlar.
Tüf sənin mülkü malü dövlətinə,
Həm sənə, həm də şənü şövkətinə!

Pəhlivanlıqda gər müsəlləmsən,
Fərz edək Zal, ya ki, Rüstəmsən.
Etmisən şanlı-fəthü zəfər,
Tapmısan aləm içrə şöhrətlər.
Xəncərin qorxudursa, dünyanı,
Millətin olmasa nigəhbanı.
Tüf sənə, həm sənin rəşadətinə,
Həm də şəmşirinə, şücaətinə!

Gər adın bir ədibi-danadır,
Qələmin möcüzi-Məsihadır.
Nəzmü təlifdə hünərvərsən,
Ya ki, bir şairi-süxənvərsən.
Sənə mafövqdən gəlir ilham,
Nəf görmürsə firqeyi-islam,
Tüf sənə, həm sənin kitabətinə,
Həm də təqririnə, fəsahətinə!
Yox isə tay sənə məharətdə,
Müxtəresən fünuni sənətdə.
İşləməkdən qolun yorulmaz isə,
Vəli, islama nəf olmaz isə.
Kəndi nəfsinçin işləyirsən əgər,
Verməyirsən ümumə faidələr.
Tüf sənə, həm sənin məharətinə,
İxtira etdiyin sənaətinə!
Sən ki, darülfünun qurtarmışsan,
Elmdə intəhaya varmışsan.
İsmü rəsmin cahanı tutmuşdur,
Amma islamını unutmuşdur.
Sənə möhtacdır müsəlmanın,
Razı olmur vəli cibişdanın.
Tüf sənin elmü fənnü hikmətinə!
Həm sənə, həm də ol fəzilətinə!

1912

Hits: 3

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.