Abbas Səhhət – Oxucularıma

Oxucularıma

Ey möhtərəm qarelərim! Topladığım bu əşar,
Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır.
Mötərifəm ifadəcə, onda pək çox nöqsan var.
Divanəlik asarıdır, məsulluqdan azaddır.

Zira könlüm həvəslərin pəncəsində zəbundur.
Qurtarmaram, nə etməli? Bir çarəsiz cünundur.
Əvət, soyuq bir əsərdir, məmnun etməz heç kəsi,
Soyuqluqdan ancaq mənim xatirimi yandırır.

Toxunmadan sızıltılı çıxan həzin naləsi,
Əldən düşmüş bir “Sınıq saz” olduğunu andırır.
Düşündükcə mən şerimin soyuqluğun gizlicə –
Çox ağlaram, odlu, yanar ürək ilə hər gecə.

Ağlım çatmaz, zehnim yetməz, ruhum fəryad qoparar.
Vicdanımı əzər ikən ən dəhşətli həqayiq.
Uyku görmüş bir lalam mən, aləm əhli bütün kar,
Söyləməkdən mən acizəm, dinləməkdən xəlayiq.

Mən sakitlik bacarmaram, yox, xaric əz-imkandır.
Məğzimdəki cünun dağı çün bir yanar vulkandır.

1912

Hits: 4

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.