Abbas Səhhət – Ölü Şəhər

Ölü şəhər

Kim baxarsa haçaq bizim şəhərə,
Bir məzarlıq kimi gələr nəzərə.
Hökmfərmadır onda sümtü sükut,
Sarmış afaqını dumanlı bulut.
Rəxnələnmiş həsarü divarı,
Səqfi çökmüş qədimi asarı
Qəmli mazisini hekayət edər,
Taleindən bütün şikayət edər.
Nə gurultu, nə küy, nə səs vardır,
Bir neçə ruhsuz qəfəs vardır.
Dirilikdən əsər-əlaməti yox,
Həşri var, şurişi-qiyaməti yox.
Bəs ki viran, uçuq, pərişandır,
Tibqi bir vadiyi-xəmuşandır.
San yapılmış nişanədir qəmdən,
Ya ki, bir qitə cismi-aləmdən.
Kəsilib bir yana atılmışdır,
Xakinə abi-qəm qatılmışdır.
Qışda hər yanda lil, çamur, palçıq,
Yayda tozdan havası olmur açıq.
Gecə hər səmti qapqara zülmat,
Nə Xızır var, vəli nə abi-həyat.
Qaradır xalqının günüz də günü.
Qovuşubdur bulutlara tütünü.
Qəhri-ənqaz ilə səqətliyi var,
Daha bədtər adam qəhətliyi var.
Getməyib hər kəsi ki, qalmışdır, –
Dərdü qəmdən şaşıb bonalmışdır.
Bisəmər giryələr ilə dilşad,
Cümlənin şüğlü boş bir istimdad.
Bixəbər elmü fənni-dünyadən,
Müftəxir ixtilafi-bicadən.
Qopsa aləmdə şurişi-məhşər,
Ölü tək onlara heç etməz əsər.
Diridirlər əgərçi surətdə,
Ölüdürlər, vəli, həqiqətdə.

1912

Hits: 2

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.