Abbas Səhhət – Nitqi-Mənzum

Nitqi-mənzum

Qardaş, gözün aç, bircə oyan, gör nə zəmandır,
Dünya üzü elm ilə bu gün rəşki-cənandır.
Afaqı işıqlatmış iyirminci qərinə,
Məğriblilərin yer üzünə hökmü rəvandır.
Bəsdir bu qədər qəflət ilə yatdın, əzizim,
Allahı sevərsən, bir ayıl, yatma, oyan, dur!
Diqqətlə öz əhvalına bir dəm nəzər eylə,
Billah, bu qədər qəflətin əncamı yamandır.
Din getdi, vətən getdi, dəyanət unuduldu,
İslamdan ancaq quru ad virdi-zəbandır.
İslama yaraşmaz bu qədər iczü-rəzalət.
Bica yerə islam adını qoyma, yalandır.
İslam olanın elmü kəmalı gərək olsun,
Əslafımızın şöhrəti məşhuri-cəhandır.
Türk oğlu, müsəlman balası cahil olarmı?
Billah, belə eybi daşımaq xeyli girandır.
Elm ilə, şücaətlə gərəkdir yaşayaq biz,
Fitrət dəyişir, sanma bu qan yenə o qandır.
Quran buyurubdur bizə alim gərək olmaq,
Zənn etmə ki, şair sözüdür, bəlkə yalandır.
Qanuni-həyatdır: yaşamaz cahil olan qövm,
Səy eylə oxu, qeyrət elə, qardaş, amandır!

1912

Hits: 2

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.