Abbas Səhhət – Ninni

Ninni

Yavrum, uyu! Quzum, uyu! Ağlama,
Yaralıdır köksüm, bir də dağlama.
Annənə bir az da olsa şəfqət et,
Xəstə yavrum, yetər bunca, rahət et.
Uzun gecə sabahatək mən yatmam,
Ağlaram mən, səni fəqət ağlatmam.
Laylay deyib titrədərəm beşiyin,
Həp çəkərəm gecə-gündüz keşiyin,
Yedirdərəm sənə gözüm yağını,
Göstərməsin tanrı mənə dağını,
Nə zəhmətin olsa, yavrum, dözərəm,
Mən də səninlə öyünüb gəzərəm.
Sənsən həyatımın ən gözəl süsü,
Balışımdır, yavrum, ananın köksü,
Bir an könlüm yaşamaz səndən ayrı,
Hər bəladən saxlasın səni tanrı.

1915

Hits: 1

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.