Abbas Səhhət – Nidayi-Millət Yaxud Amali-Vətənpərvəranə

Nidayi-millət yaxud amali-vətənpərvəranə

Ey əhli-vətən, tərk eləyin büğzü ləcuci!
Bir dəm arayın halımıza rahi-əlaci!
Sönmüş vətənin sərsəri-cəhl ilə siraci,
Vicdanları təlx etdi qəmin, məsləh əcaci,
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli xəstədir islam məzaci!

Yaran, yığılaq bircə quraq məclisi-matəm,
Öz halımıza eyləyəlim növhə dəmadəm.
İslamın olubdur necə gör rövnəqi bərhəm.
Nifrət edir islamın adından bütün aləm.
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli xəstədir islam məzaci!

Qəflət yetər, agahi-təqazayi-zaman ol!
Hali-vətənü milləti gör, əşkfəşan ol!
Cəhd eylə təriqi-hünərü elmə rəvan ol!
Mərdanə bu meydanə cəladətlə divan ol!
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli xəstədir islam məzaci!

Bir eylə təfəkkür, necə gör xar olub islam,
Ənvai-bəlaya giriftar olub islam,
Biizzətü, bihörmətü biar olub islam,
Ancaq quru bir ada nigahdar olub islam.
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli xəstədir islam məzaci!

Bəsdir bu qədər xabi-cəhalətdə ki yatdıq,
Millət üzünə babi-tərəqqini qapatdıq.
Əslafımızın hörmətü heysiyyətin atdıq,
Şəni-vətənü milləti biganəyə satdıq.
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli xəstədir islam məzaci!

Ətfi-nəzər et, gör necə tutmuş bizi kabus –
Kim, səlb olunub qeyrəti-milliyyətü namus.
Ey taleyi-mənhus! Əcəb etdin bizi məyus.
Eyvah! Tərəqqi ediriz gör necə məkus.
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli xəstədir islam məzaci!

Afaqi tutub qülğüleyi-bangi-cəzaid.
Əqsami-tərəqqivü təalivü fəvaid.
Amma olur islamda qəflət mütəzaid.
Bu dərdə edin çarə ki, Səhhət ola aid,
Milliyyəti yad eyləyin, ey milləti-naci!
Pək təhlükəli xəstədir islam məzaci!

1906

Hits: 5

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.