Abbas Səhhət – Nəvayi-Aşiqanə

Nəvayi-aşiqanə

Yaran, bahar mövsümüdür, aşiq olmalı!
Canan yolunda ölmək üçün şaiq olmalı!

Fəsli-bahar, mövsümi-gül, vəqti-badədir,
Məşuqə xassə şux, cavan, türki-sadədir.
Saqinin iltifatı bizimlə ziyadədir,
Varkən bu fürsət əldə dəmi-istifadədir.
Meyxarəlikdə qeyrilərə faiq olmalı!

Yarın çatıb gözəlliyi həddi-kəmalına,
Minbəd səcdə etməli taqi-hilalına.
Pərvanəva yanmalı şəmi-cəmalına,
Zahid nə dersə, uymamalı qilü qalına.
Can verməli, mey almalı, lap fasiq olmalı!

Dəmdir ki, şövqi-arizi-dilbərlə məst olaq,
Dəmdir ki, bütləri unudub həqpərəst olaq.
Dəmdir ki, “nisti” arayaq, ta ki, “həst” olaq,
Dəmdir ki, cümlə vafii-əhdi-ələst olaq,
Yaran! Öz əhdü vədimizə sadiq olmalı!

Məcnun kimi əlaiqi həp tərk etməli,
Leyla tərəf ayaqla deyil, başla getməli.
Əğyar cövrü görməli, töhmət eşitməli,
Hər növ olsa hasili-canana yetməli.
Ta bəzmi-vəslə girmək üçün layiq olmalı!

Çal, mütriba ki, vəqti-sürudü təranədir,
Sən də oxu, müğənni, sözün aşiqanədir.
Nəğmən bizi ayıltmağa yaxşı bəhanədir,
Lakin zəmanə çünki fəna bir zəmanədir.
Eyham ilə, kinayə ilə natiq olmalı!

1915

Hits: 2

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.