Abbas Səhhət – Köç

Köç

Səhər-səhər yaz çağı,
Köçür oba yaylağa.
Gəlinlərin balağı,
Batır lilə, batdağa.

Arvad, kişi, oğlan, qız,
Gön çarıqlı, başmaqlı,
Gedir qoruq-qaytaqsız
Gəlin, qızlar yaşmaqlı.

Qoyun, quzu, at, eşşək,
Salmış çölə qalmaqal,
Dəvə, maya, nər, köşək,
Lökləyirlər dalbadal.

Kişi əlində çomaq,
Sürür yüklü öküzü.
Dəvə üstə bir uşaq
Çox oxuyur bu sözü.

“Ağ dəvə, alçaq gedər,
Qolunda qolçaq gedər.
Ağ dəvənin gözləri,
Yerə dəyər dizləri.
Endi çaya yuh-yuh,
Ağca maya yuh-yuh”.

1912

Hits: 2

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.