Abbas Səhhət – “kəlniyətə” Məxsus Ədəbiyyat

“Kəlniyətə” məxsus ədəbiyyat

“Kəlniyət” az çək daha zəhmət, dadaş,
Xəlqi nahaq etmə məzəmmət, dadaş,
Ortalığa çıxdı həqiqət, dadaş,
Boş, quru sözdür, mədəniyyət, dadaş,
 Həqli olur hardasa qüvvət, dadaş.

Cahil isə, asyalı isə adım,
Avropanın da işini anladım,
Atmaram onlara tərəf bir addım,
Bunlar edir aləmi qarət, dadaş,
 Yoxdu cahan içrə ədalət, dadaş.

Yox, qələt etdim, deyil əsla belə,
Səhv elədim, səhvimi sən əfv elə,
Arxayın ol, aç başını ver yelə,
Yer üzü olsun daha cənnət, dadaş,
 Yox nə təəssüb, nə adavət, dadaş.

Kükrüməyib köhnə neçə qanlılar.
Tapdalamır islamı balkanlılar,
Kəşməkəşə düşməyib osmanlılar,
Olmayıb əlbir neçə dövlət, dadaş,
 İstəmir islama ihanət, dadaş.

Təfriqə, məzhəb sözü heç varmı, yox?
Ortada Allah sözü heç varmı, yox?
Türkləri görmək gözü heç varmı, yox?
İştə əməl, işdə üxüvvət, dadaş.
 Gör nə deməkdir bəşəriyyət, dadaş.

Əsri-ədalətdi, canım, əsrimiz,
Zərrəcə yoxdur daha kəm-kəsrimiz,
Göydən enir fəthü zəfər nəsrimiz,
Get yaşa asudə, fəraqət, dadaş,

 Yat daha rahət, dadaş!
 Çəkmə əziyyət, dadaş!
 Gözlə bu ortaqlı mal,
 Ta ola qismət, dadaş!

1912

Hits: 2

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.