Abbas Səhhət – İtaliya

İtaliya

Deyirlər daha qorxur Allahından İtalya,
Keçir indi türklərin günahından İtalya.

Taxsırları çox idi osmanlının əlbəttə,
Tripoli vermədi istənilən səatdə.
Odur ki, hirsləndilər farslar kimi bir vəqtdə,
“Türk qırdı” – hökmün aldı öz şahından İtalya.

Dava paroxodların minib, o dəm çapdılar,
Dərnəni, Benqazini, Qirvanı qapdılar,
Sonra Babanzadəni, Sadiq bəyi tapdılar,
Keçmədi bunların da dilxahından İtalya.

Əlbir olub qoçaqlar məqsudlarına çatdılar,
Jon türklərin qolundan tutub fırıldatdılar,
Tripolini bir ətək qara pula satdılar,
Kim keçir, ki, keçsin öz səlahından İtalya.

Arnavudlar uzatdı şalvarın miyançasın,
Coşdu albanlar, qapdı tüfəngin, tapançasın,
Yevropalı səbkilə çaldı Şərq kamançasın,
Xoşlanmadı Məşriqin segahından İtalya.

Olmadığıyçün şirin Tripolin xurması,
Gəldi verdi türklərə yüngül qulaq burması.
Səlah oldu aqibət, ləngər salıb durması.
Yoxsa qayıtmalıydı öz rahından İtalya.

Balkanlılar tərsinə geydi köhnə kürklərin,
Qorxutmağa durdular Avropanın türklərin,
Fürsət tapıb bunların qapdı, qaçdı börklərin,
Çünki məəttəl idi külahından İtalya.

1912

Hits: 0

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.