Abbas Səhhət – Güllərin Bəhsi

Güllərin bəhsi

Qızılgül

Mən şahıyam qönçələrin, güllərin,
Ən gözəl istəklisi bülbüllərin.
Mən hamıdan yaxşı yaraşıqlıyam,
Sevməliyəm, ətrə bulaşıqlıyam.
Fəxr edərəm halətimə, həngimə,
Qırmızı yarpaqlarıma, rəngimə.
Bağı tutar ətri-dəhanım mənim,
Eybi nədir varsa tikanım mənim?!

Ağ zanbaq

Əldə mənim ağ qədəhim vardır,
Ağzınadək ətr ilə sərşardır.
Var arıdan ötrü qızıl tək tozum,
Boyda, buxunda da qəşəngəm özüm.
Gərçi uzundursa mənim yarpağım,
Yoxdu yenə lovğalığım, azmağım.
Haf, kəpənək, xırda qarışqa yenə,
Gündə gələrlər, sığınarlar mənə.

Şəbbu

Gər yox isə sevməli rəngim mənim,
Şux deyildirsə də həngim mənim,
Ətrim uzaqdan bürüyür aləmi,
Valehü heyran eləyir adəmi.
Xalq deyər çün hamı şəbbu mənə,
Fəxr üçün, əlbəttə, yetər bu mənə.
Mən üməralar bağının malıyam,
Güllər arasında tamaşalıyam.

1908

Hits: 4

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.