Abbas Səhhət – Füzulinin Bir Qəzəlini Tərbi

Füzulinin bir qəzəlini tərbi

Dərdə düşdüm əsərindən sitəmi-hicranın,
Çarədən ötrü dolaşdım nərəsin dünyanın.
“Dəhənin dərdimə dərman dedilər cananın,
Bildilər dərdimi, yoxdur dedilər dərmanın”.

Eşq ikən ruzi-əzəl xilqəti-aləm səbəbi
Vaizin xalqı nədir nəhyi dəmadəm səbəbi,
“Olsa məhbubların eşqi cəhənnəm səbəbi,
Hurü qilmanı qalır kəndisinə rizvanın”.

Mələyim, nuri-cəmalın səri afaqa dolub,
Atdı bütxanəni Çin əhli, sənə səcdə qılıb.
“Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub,
Nə mələksən ki, xərab etdin evin şeytanın?”

Vur nə qədər istər isən ox ciyərim yarəsinə,
Getmərəm hərgiz ətibba yanına çarəsinə.
“Vurmazam Səhhət üçün mərhəm oxun yarəsinə,
İstərəm çıxmaya zövqü ələmi-peykanın”.

Qoydu könlümdə fələk istədiyim hər diləyi,
Şöleyi-ah ilə mən də yaxaram nöh fələyi.
“Yerdən ey dil, göyə qovmuşdu sirişkin mələyi,
Onda həm qoymayacaqdır oları əfqanın”.

Dili-divaneyi-Səhhət edəməz tabi-cünun,
Onu seyd etməsə zülfün kimi qüllabi-cünun.
“Ey Füzuli, olubam qərqeyi-girdabi-cünun,
Gör nə qəhrin çəkirəm dönə-dönə dünyanın”.

1912

Hits: 1

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.