Abbas Səhhət – Deyim, Deməyim

Deyim, deməyim

Yenə dərdim təzələndi, “Kəlniyət!”
Gözlərimə kül ələndi, “Kəlniyət!”
Xəbərin yox nə bidətlər çıxartmış –
Mərsiyəxan, şeyx, əfəndi, “Kəlniyət!”
 Etdiklərin bir-bir deyim, deməyim?

Yox, demərəm, çün bir dəfə demişəm,
Mollalardan bollu kötək yemişəm.
Dedim axund, seyid, dərviş yamandı,
Mənim kimi axmaqlar da inandı.
İndi millət nə kül töksün başına,
Ariflər də gecə-gündüz piyandı,
 Başqa eyiblərin yazım, yazmayım?

Yox, yazmaram, çün bir dəfə yazmışam,
Döyülməkdən qorxub, qaçıb dazmışam.
Xəlqdən bir vaxt inciyərdim, “Kəlniyət!”
Bilirsənmi, neyləyərdim, “Kəlniyət?”
Məşhədiyə, hacıya, kalbalıya –
Yaxşı bədyələr deyərdim, “Kəlniyət!”
 İşlərin üstünü açım, açmayım?!

Yox, qanmaram, çün bir dəfə qanmışam,
Üzdən iraq, min yerdən oxlanmışam.
Dedin, köhnəpərəstlər bişuurdu,
Onlar da çarəsiz dayandı, durdu.
Fürsət düşcək tazələrin əlinə –
Gör nə sayaq azqınlaşdı, qudurdu.
 Əməllərin bir-bir sayım, saymayım?!

Sayacağam, sayıram, həm saymışam,
Xəyanətlərin aləmə yaymışam.
 Tazələr, ay tazələr!
 Hər gün moda tazələr!
 Qoyun getsin bunları
 Barışnayla gəzələr.

1912

Hits: 2

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.