Abbas Səhhət – Dərya Kənarı

Dərya kənarı

Bir gün qəmi-dövrandan usandı dili-zarım,
Bir sahili-dəryayə tərəf düşdü güzarım.
Ol mənzəreyi-dilkəşə etdikcə təmaşa,
Min ləzzəti-ruhani olub qəlbdə peyda.
Gördüm ki, yel əsdikcə edər bəhr təlatüm,
Bir mənzəreyi-dilkəş açar söhbəti-qülzüm.
Əmvac gəlir sahilə guya ki, o minval
Təqib eləyir bir-birini dəsteyi-ətfal.
Olduqca o busişgəhi-bihissə müqarib,
Tər ləblərinə busə verərlər mütəaqib.
Gördükdə nəvaziş yerinə büğzü küdurət,
Məyus çocuqlar tək edərlər yenə övdət.
Ol dəmdə pərakəndə olub səfheyi-abə,
Tədric ilə təbdil olur ənvai-hübabə.
Sakin dənizin səfhəsi ayinə kimi saf,
Gün nuru düşərkən görünür bax necə şəffaf.
Olduqca günəş nuru dəniz səthinə taban,
Təşkil edər bir səfheyi-lərzani-dirəxşan.
Tutmuş xəfəqan sineyi-dərya təpiş eylər,
Məsru kimi xəflənibən ağzı qəş eylər.
Kəşti yeriyən dəm yarılır sineyi-dərya,
Mavi kağıza san çəkilir bir xəti-beyza.
Hərdən buraxır dudi-siyəh ruyi-həvayə,
Qalxdıqca vurar mövc, çıxar övci-fəzayə.
Gah dalğalanır, gah dağılır cəvvdə hər yan,
San tüstü çıxar xülyalı şair çubuğundan.
Ruhim, mələkim, sevdiciyim, nazlı süruşum,
Zikr oldu adın, uçdu başımdan yenə huşum.
Dəryaya baxıb, sevgili yarım, səni görrəm,
Səhraya baxıb, nazlı nigarım, səni görrəm.
Qəmzən oxuna oldum o gündən ki, nişangah,
Fikrim hamı insafi-ruxundur, şahid allah.
Məqsud cəmalındır, nə tərz olsa ibarət,
Yox səndən əlahiddə kəlamımda işarət.
Ta ruhuma tabəndə olub nuri-cəmalın,
Səhhət kimi düşmüş başıma şuri-cəmalın.

1905

Hits: 1

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.