Abbas Səhhət – Çox Yaşa!

Çox yaşa!

Ay bərəkallah sənə, Kamil paşa!
Qəlyanı çək, qəhvəni iç, çox yaşa!

Türklər ərz etdi görürsüzmü ya?
İştə gəlir hərbə qrek, Serbiya,
“Biz hələ hazır deyiliz davaya”.
Boylə cavab söylədi Kamil paşa,
Afərin, əhsən belə aqil paşa!

Elmü fərasət belə olsun gərək,
Səbki-rəyasət belə olsun gərək,
Rəsmi-siyasət belə olsun gərək,
Ay bərəkallah sənə, Kamil paşa!
Qəlyanı çək, qəhvəni iç, çox yaşa!

Etsə də düşmən sizi hərgah hədə,
Yığma qoşun, cəm eləmə sərhədə,
Boş yerə etmək nə gərək ərbədə,
Gər çalına zurna müridlər coşa,
Haşa siz ilə bir adam sallaşa!

Mastika iç, ver uruğu qəlyana,
Baxmaq, əfəndim, nə gərək Balkana,
İşləriniz olsa fəna, əhyana,
Min vapora, qaç Yapona birbaşa!
Baxma qalan xırda qohum-qardaşa!

Həbs elə hər yerdə cavan türkləri,
Çünki olar əyri qoyur börkləri,
Düşməniniz tərsə geyib kürkləri,
Sizləri hər vaxtda basarsa daşa,
Təqsirini yüklə o dəm yoldaşa.
Eybi nədir düşsə əgər partapart,
Vur, dağıt, öldür, yıxıl öl, şartaşart,
Lobyəni zeytun yağı ilə qızart,
Doğra daha bamiyəni bozbaşa,
Sonra toyuq köksü ilə get aşa,
Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
Afərin, əhsən sənə, Kamil paşa!

1912

Hits: 0

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.