Abbas Səhhət – Bəradərim Ə.M.Sərkərov Cənablarına!

Bəradərim Ə.M.Sərkərov cənablarına!

İthaf

“Sevdim səni”, hətta dedin “oldum sənə aşiq”,
Höccətsiz olan dəvayi-bihudə nə layiq?
Susdunmu, ya qorxdun, bumu asari-məhəbbət?
Çöhrəndə neçün cilvələnir haleyi-həmrət?
İstərsən ola qismətin əyyami-baharım,
Peymaneyi-əzvaqım ilə busü kənarım?
İstərsən atılmaqlığı ağuşi-vüsalə?
Heyhat ki, düşmüşsən əcəb xam xəyalə!..
Anlarmısan, aya ki, nədir sevgi, nədir eşq?
Keçmiş şüəra yazmış o dərsə belə sərməşq:
“Eşq əhli bu afaqda rüsva gərək olsun,
Məcnun kimi sərgəşteyi-səhra gərək olsun”,
Bildinmi, nədən ötrü verilmiş sənə qüvvət?
İdrakü şüur, əqlü zəka, ruhü dərayət?
Bildinmi, həyatın nədir amalı, səlahı?
Tənha gecələr uykusuz açdınmı sabahı?!
Bir ləhzə çalışdınmı, ya dözdünmü cəfayə,
Bəs ömrünü verdin nerədə badi-fənayə?!
Susdun, ya yalandırmı sözün, haydı, çəkil get!
Sevdiklərin uğrunda yenə ömrünü sərf et!
Uy fisqü fücurə, tərəbə, çəngü rübabə,
Ləhvü ləəbə, gəncəfəyə, camə, şərabə.
Məndən uzaq ol, eyləmə bihudə ricalər,
Girməz hərəmi-vəslimə aludə ridalər.
Satlıq deyil eşqim, ürəyim, busəm, inan, bil,
Can nəqdidir ol neməti-üzmayə müqabil.
Olseydin əgər sən mənə bir aşiqi-sadiq,
Rəftar ilə göftarın olardı mütəvafiq.
Qəlbində əgər olsa idi atəşi-sevda,
Çöhrəndə olardı onun asarı hüveyda.
İncitsə idi qollarını qeydi-əsarət,
Çeşmində yəqin parlar idi bərqi-cəsarət.
Uçsaydı əgər qanlı bulutlar üzərində,
Olsaydı tikən, daşlı yoxuş rəhgüzərində,
Zəhmətlərə, zillətlərə düşmüş yorulaydın,
Ol halidə gər mayilü müştaqım olaydın.
Əlbəttə, bu gün mən də sənin yarın olardım.
Ağuşə çəkib talibi-didarın olardım.
Lakin nəçisən, kimsən, uzaş etmə əziyyət,
Biganəsən, olmaz məni görmək sənə qismət!

1915

Hits: 6

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.