Abbas Səhhət – Bənzətmə

Bənzətmə

Göstərdi mahi-ruzə üfüqdən liqasını,
Çəkdi əzançılar da obaşdan səlasını,
Geydi axund, əfəndi xeyir-şər libasını,
Minbərlər üstə ney tək ucaldıb nəvasını,
Ta təkfir eyləsin yenə millət bəlasını.

Bir yan qurub cəmaət üçün mollalar tələ,
Bir yan əvamlar çəkir əfyunü nargilə,
Bir yanda bənd olub hacılar zülfü kakilə,
Fikrində sevdiyin gecə salmaqdı mənzilə
Məsciddə vird edərkən orucluq duasını.

Başdan su çox yaman bulanıb, rəngi mur qalıb,
Millətdə gözlülər qırılıb, yalxı kor qalıb,
Ruhanilərdə əski nüfuz, köhnə zor qalıb,
Sönmüş təməddün atəşimiz, azca qor qalıb,
Söndürmək istəyirlər onun da ziyasını.

İş görmədən rəislərimiz şöhrət axtarır,
Arif olan nə dinü nə milliyyət axtarır,
Şeyxlər ayağın ovmaq üçün övrət axtarır,
Zahid haram-halal aramaz, cənnət axtarır.
Heç kəs eşitməyir daha vicdan sədasını

Çün içkiyə cavanlarımız mail oldular,
Var-yoxlarını uduzmağa tez qail oldular,
Axırda dərbədər dolanıb sail oldular,
Bilməm ki, istədiklərinə nail oldular?
Ya qucdular ya yox, İvanın Soniyasını?

Alim deyir: Cibimdə gərək ağ manat ola,
Cahil deyir: Şərabü zinavü lüat ola,
Dərviş deyir: Çırağım ağamdan bərat ola,
Ellikdə səy edirdin fatü mat ola,
İslamlığın qazır hamı birdən binasını.

İşlər fənadı, bir neçə padvallar olmasa.
Əllərdə rumka, boynu-kraxmallar olmasa,
Yox, səhv eylədim, şələ-saqqallar olmasa,
Tiryakü höqqə biz maşanaqqalar olmasa,
Bu işlərin fəna görürəm intəhasını.

1912

Hits: 5

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.