Abbas Səhhət – 9 Mart

9 mart

Cəmo Cəbrayılbəyliyə

Ey sevgili yavərim Cəmobəy!
İstəkli bəradərim Cəmobəy!
Ey xatirimin səfası Aciz!
Ey gözlərimin ziyası Aciz!
Bu tazə gələn ilin mübarək,
Etsin sənə xaliqin təbarək!
Ovqatın ola səndü firuz!
Hər dəmdə misali-eydi-novruz
Səd şükr ki, qış tükəndi, bitdi,
Novruz gəlib, bahar yetdi.
Bitsin o sayaq zəmani-firqət,
Didarını ta edim ziyarət.
Qardaş, necə ki, bəlayi-hicran,
Əhvalımı eyləmiş pərişan,
Bülbül də mənim kimi o minval
Olmuşdu cahanda müztəribhal.
Etmişdi hücum ləşkəri-dey,
Qar, şaxta, soyuq, duman peyapey
Vermişdi çəmənlərə xəsarət,
Bağ-bostanı eyləmişdi qarət.
Şiddətli külək, acı boranlar,
Tutqun, qara ən qəliz dumanlar
Könlüm kimi aləmi xərabə –
Qılmışdı, salıb həm iztirabə.
Əsdikcə ağu kimi soyuq yel
Guya atılırdı min şrapnel.
Qar danələri yağırdı bu hal,
Gül mülkünü eyləmişdi pamal.
Çıxmışdı göy üzrə səbrfərsa,
Qisvətli bulut çepellinasa,
Bombardman eyləyirdi xakı,
Çatmışdı çiçəklərin həlakı.
Yanmışdı bucaqda həp ocaqlar,
Bilmərrə qaralmış idi dağlar.
Həp körpə ağaclar ağlaşırdı,
Yekdigərilə qucaqlaşırdı.

Bu vaqeədən olub xəbərdar,
Sultani-bahari-mədələtkar,
Amadeyicəng olub haman an,
Ruhülqüdüsi-nəsimə fərman –
Verdi ki, ölənləri diriltsin,
Cəngaha tərəf qoşun yeritsin.
Ta əsdi nəsimi-isəvidəm
Canlandı, həyat tapdı aləm.
Həp çünbüşə gəldi səthi-qübra,
Məhşər günü oldu aşikarə.
Çaldıqda nəsimi-sübh şeypur,
Guya üfürüldü həşr üçün sur.
Filfor çəmən, çiçək dirildi.
Hər səbzəyə bir qılınc verildi.
Elani-cihad edib o saət
San qopdu o ləhzədə qiyamət.
Şaxlardan ağac götürdü nizə,
Üz qoydu ədu ilə sitizə…
Yatmış ölülər durub qəbirdən
Düşmən sarı həmlə etdi birdən.
Mortir kimi gurladı bulutlar,
Qalxıb yürüş eylədi göy otlar.
Yağmurla sərəskəri-bəharan
Qış ləşgərin etdi gülləbəran.
Bir həmlədə düşmən oldu pamal,
Qar tərbiyəsi edildi işğal.
Novruz böyük rəşadət etdi,
Qış ordusunu vurub dağıtdı.
Xəsm üzrə şükufədən od açdı,
Bilməm dəxi qış nə səmtə qaçdı?

Yaz ordusu ta ki, qalib oldu,
Şükranə üçün büsat quruldu.
Bülbüllər o dəm edib təranə,
Nəşr etdi bu qissəni cəhanə.
Şad oldu çəmən, çiçək, təbiət,
Guya ki, yer üzrə endi cənnət.
Yaz şahı verib o dəm sərəncam,
Novruzu cəmaət etdi bayram.

Ey davəru mehribanım Aciz!
Ey həmdəmü həmzəbanım Aciz!
Haqdan diləyim budur ki, hər an
Gül tək olasan həmişə xəndan!
Yaz gəldi, necə qış oldu bərbad,
Sən də olasan cahanda dilşad!
Var bircə təvəqqöüm də səndən:
Əhbabə salam eylə məndən.

1915

Hits: 0

:: ADVERTISEMENTS ::

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these <abbr title="HyperText Markup Language">HTML</abbr> tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.