Əsrimizə xitab – Abdulla Şaiq

Əsrimizə xitab

Bilməm bu qanlı səhnənə, ey əsri-məymənət1
İzhari-nifrət etməli, yainki təhniyət2?
Dəhşətli yıldırımlarının qəhr, heybəti
Xof, ümid ilə yaşadır şanlı milləti.
Qaldır dumanlı pərdələri, olsun aşikar
Ağ günmü, ya yenə qara günmü qabaqda var?
Bu qırmızı alovlar içində nihan, nihan
Doğmazmı nuri-mehrü məhəbbət cəhan-cəhan?
Varmı ümid bir daha fəvz3, səadətə?
Ya çəkmədə bizi yenə girdabi-zillətə?
Bu dalğalar, bu fırtınalar ki, edər səda,
Bir sahilə səfinəmizi sövq edərmi ya?
Bax, üstümüzdə qanlı buludlardır oynaşır,
Məşriq dənizləri qabarır, yüksəlir, coşur.
Bilməm bu dalğalar, bu məhabətli4 fırtına
İtlafə5 sövq edər bizi, yainki məmənə?6

1915

1 Uğurlu əsr
2 Təbrik
3 Nicat, qurtuluş
4 Heybətli
5 Ölümə, heçliyə
6 Əmin-amanlığa

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.