Ərseyi-hüsnündə, ey dil, bırcə ol mahruni gör, – Abdulla Şaiq

Ərseyi-hüsnündə, ey dil, bırcə ol mahruni gör,

Ərseyi-hüsnündə1, ey dil, bircə ol mahruni gör,
Aşiqi-dilxəstəni pabənd edən giysuni gör.

Söylədim, bunca dolaşma vəhşi tək, ey xəstə dil,
Dedi, get ol gözləri məst eyləyən ahuni gör.

Həlqeyi-zülfi o yarın damdır2 aşiqlərə,
Bənd edən yüz aşiqi ol damidə bir muni13 gör.

Daneyi-xalın əzəl xoş göstərir mürği-dilə,
Sonra gəl bax cövrinə, bir hiyleyi-hinduni gör.

Zülfü rüxsara dağıtmış dilbərim, sanki deyir:
Mişki qiymətdən salan bu zülfi-ənbərbuni gör.

Gülşənə bu gül üzüm salmış necə xoş vəlvələ,
Şöhrəti-hüsnün tutub hər şəhri, hər çarsuni4 gör.

Qaş-gözə hərdəm verəndə bir təkan yüz seyd edir,
Bircə bu nazik bədəndə qüvvəti-bazuni15 gör.

Guşeyi-mehrabidə6 Şaiq rəvadır ağlasa,
Naseha7, Allah rizasinə xəmi-əbruni8 gör.

1 Gözəlliyinin meydanında
2 Tələdir
3 Tükü
4 Dörd tərəfi
5 Qolun qüvvətini
6 Mehrab guşəsində. Qaş mənasında işlənir.
7 Ey nəsihətçi
8 Qaşın əyrisini

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.