Əməkçi qadınlara – Abdulla Şaiq

Əməkçi qadınlara

Qadın, ey böyük insan, parla yüksək adınla!
Bizim yeni quruluş yüksələcək qadınla!
Köhnə, çürük cəmiyyət xor baxardı qadına,
Yaraşmırdı o təhqir onun yüksək adına.
Alın təri tökərək çıxmamışdı araya,
Girməmişdi əməkdə erkəklə bir sıraya.
Uçurumlu həyatın eniş-yoxuş yolları
Titrədirdi o gücsüz ayaqları, qolları.
Qadınlığın önündə bu gün geniş bir yol var.
Erkəklə bir sırada o çalışar, çapalar.
Uçurumlar adlayan, ey möhtərəm qadın, sən
Əməyinlə yüksəlmək bu gün haqqın, vəzifən!
Sən varlığınla sarıl biliyə və zəhmətə,
Vücudun və qolların dolsun sağlam qüvvətə.
İşlə, çalış, qur, yarat, parlat yeni mühiti.
Göstər sən də paslanmış istedadı, qüdrəti.
Çalış, çırpın, qanad çal bu kollektiv həyatda,
Sən də göstər özünü bu yeni kainatda.

1926

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.