Əmək pərisinə – Abdulla Şaiq

Əmək pərisinə

Derdim ki, bahar olsun,
Dağlar, dərələr dolsun
Al, incə çiçəklərlə.

Derdim ki, günəş doğsun,
Zülmətləri qoy boğsun,
Nur saçsın ətəklərlə.

Bir səs dedi: ey qafil,
Hər meyvə olur hasil
Zəhmətlə, köməklərlə.

Qış getdi, bahar oldu,
Çöllər, təpələr doldu
Şən üzlü mələklərlə.

Alqış sənə, ey zəhmət!
Dünyaya saçan nemət
Sənsən bu əməklərlə.

Gündən-günə ol qadir,
Çarpışmağa sən hazır
Yerlərlə, fələklərlə.

1924

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.