Əkin nəğməsi – Abdulla Şaiq

Əkin nəğməsi

Çək, şumla yeri, durma daha, qaşqa kəlim, çək!
İndi sənə yem, su verərəm, durma, kəlim, çək!

Bəslər, a kəlim, danələri yer qucağında,
Qalxar yaşıl otlar, göyərər hər bucağında,
Sonra sarı sünbüllər olar tarlada zahir,
Hey dalğalanar, sanki qızıl rəngli dənizdir.
Alqışlayıram zəhmətini, ey köməyim, çək!
Məhsul ola bol, olmaya nabud1 əməyim, çək!

Bir gün biçinin vaxtı çatar, onda oraqlar
Qalxıb-enərək tarlada şimşək kimi parlar.
Mən onda başaqlar2 arasında yataram şad,
Rahət olaram zövqlə, qəm-qüssədən azad.
Çək, şumla yeri, durma daha, qaşqa kəlim, çək!
İndi sənə yem, su verərəm, durma, kəlim, çək!

1907
1 Məhv
2 Sünbüllər

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.